AFFA-nın rəsmisi Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, Konfrans Liqasında, avqustun 14-də keçiriləcək “Eqnatiya” (Albaniya) – “Olimpiya” (Sloveniya) cavab qarşılaşmasında UEFA nümayəndəsi olacaq.

 "Eqnatiya"da Azərbaycan yığmasının üzvü Zamiq Əliyev də çıxış edir.

Qeyd edək ki, K. Mustafayeva AFFA-da Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri vəzifəsini görür.