Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dila” (Gürcüstan) - “Rasinq Union” (Lüksemburq) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma iyulun 17-də Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.