“Dinamo” (Kiyev) Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın qonağı olacaq.

Offsideplus.az xəbər verir ki, oyundan əvvəl keçirilən mətbuat konfransında qonaqların çalışdırıcısı İqor Kostyuk media önünə çıxıb:

“Şəhəriniz və insanlarınız bizə xoş təəssürat bağışladı. Onların ölkəmizə dəstəyini hiss etdik”.

O, Q.Qurbanov haqda fikirlərini bildirib: 

“Qurbanov uzun illərdir bu komandadadır. Artıq bəlli sistemləri var. Mütəmadi olaraq avrokuboklarda oynayırlar. Bu da oyunu daha maraqlı edir".