"Qarabağ" sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında "kəhər atlar"ın baş məşqçisi media önünə çıxıb:
"Vacib səfərə çıxırıq. Yaxşı komandaya qarşı oynayacağıq. Azərbaycana, azarkeşlərə tanış komandadır. Oyuna istədiyimiz kimi hazırlaşıb gedirik. Rəqib də hazırlaşıb, çempionat oyunlarını təxirə salıblar".
- Sephasın mərkəz hücumçusu oynaması barədə:
-
Hansısa dəyişiklik olacaq. O da variantlardan biridir. Qəti qərar verməmişik.
- "Dinamo"da Qurban Qurbanovu narahat edən nə isə var?
-
Məni narahat edən özümüz olmuşuq. Son oyundan sonra narahatlıqlar oldu. Məşqçilərə dedim ki, 120 dəqiqə oynamaq istənilən, ələxsus yeni formalaşmış komanda üçün tezdir. Belə rəqiblərə qarşı oynamağı xoşlamışam. Dinamoya uşaq vaxtı azarkeşlik etmişəm. Bu komandanı hamı tanıyır deyə daha çox maraq doğurur.
- Kiyev təmsilçisinin müharibə şəraitində oynaması haqqında:
-
Bizdə sadəcə 1 turnir oldu ki, Türkiyədə keçirdik. Mən də istəyərdim ki, Kiyevdə oynayaq. Lobanovskinin komandasıdır da. Futbol elə həddə çatıb ki, səfər-ev fərqi yoxdur. Bəzən səfərdə oynamaq daha asan olur. Gərginlik, əsəb daha az olur. Ümid edirəm ki, dünyada müharibə olmaz.
- Rəqibin analiz edilməsi barədə:
-
Son iki oyunlarına baxmışam. Bizdə də çatışmazlıq var. Yaxşı komandaya qarşı oynayacağıq.
- Yankoviç və Kadinin əvəzinə transfer olacaq?
-
Bu vaxtlarda optimal formada olmamaq normaldır. Yankoviç 120 dəqiqə oynayıbsa, deməli formaya düşür. Amma axtarışlar gedir.
- Şahruddinin Zirəyə keçidi haqqında:
-
Məndə belə məlumat yoxdur.
- Koxalskinin son oyundakı çıxışı haqqında:
-
Şərait yaratmamalıyıq ki, tənqid olunaq. Bu barədə düşünürük. Məğlub olanda da bizi alqışlayıb, razı qalıblar. Tənqid olunası ciddi bir şey varmı, bilmirəm. Artıq oyuna yox, nəticəyə baxırlar (gülümsəyir). Bu da normaldır.
- 2026/27 mövsümündəki Sabahla çempionluq mübarizəsi barədə:
-
Sabaha uğurlar arzu edirəm. Turan Tovuz da çempionluğu qarşısına məqsəd qoyub. O cümlədən, Neftçi. Sabah təcrübəli komandadır. Çempionlar Liqası səni daha inamlı, istəkli edir. İndi daha rahat görünürlər. Daha gərgin çempionat keçəcək. Daha səliqəli olmalıyıq. 2 oyunumuz var, hazırlaşacağıq. Böyük sürət tələb olunur.


