UEFA Konfrans Liqasında bu gün yarımfinalın cavab oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, mövsümün finalçıları müəyyənləşib.

Hər iki oyun eyni saatda - Bakı vaxtı ilə 23:00-da start götürüb.

  • "Strasburq" Fransada "Rayo Valyekano"nu qəbul edib. Bu görüşdə 1:0 hesabla qalib gələn İspaniya təmsilçisi adını finala yazdırıb.
    Qeyd edək ki, İspaniyada keçirilən ilk görüşdə "Rayo Vallekako" 1:0 heablı qələbə qazanmışdı.

  • Digər oyunda isə türkiyəli mütəxəssis Arda Turanın çalışdırdığı Dotesk "Şaxtyor"u "Kristal Pelas"ın qonağı olub. Bu oyunda 2:1 hesabla qalib gələn İngiltərə təmsilçisi iki oyunun cəmində 5:2 hesablı qələbə ilə finala yüksəlib.
    Qeyd edək ki, komandaların ilk oyununda da İngiltərə klubu qalib gəlmişdi - 3:1.