Bu gün kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kuboku turnirində mübarizəyə start verir. 

Offsideplus.az xəbər verir ki, yarışa ikinci təsnifat mərhələsindən qoşulan təmsilçimiz mövsümdə ilk sınağına Macarıstanda çıxacaq. 

Azərbaycan çempionu “Balaton” İdman Kompleksində yerli “Balatonfüredi” kollektivi ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 19-da "AHF Arena" İdman Kompleksində baş tutacaq.