Tokioda keçirilən tennis üzrə ATP500 turniri başa çatıb.

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada Karlos Alkaras və Teylor Frits üz-üzə gəlib.

Alkaras rəqibinə şans verməyib - 6:4, 6:4.

O, bu mövsümkü 8-ci titulunu qazanıb. 

22 yaşlı tennisçinin ümumilikdə isə 24 kuboku var.

Karlos Tokiodan Şanxaya yola düşəcək. O, burada növbəti "Masters" titulunu qazanmağa çalışacaq.