"US Open" tennis turnirində mübarizə sona yaxınlaşır.

Offsideplus.az xəbər verir ki, qadınların ardından kişilərdə də finalçılar məlum olub. 

Dünən ilk olaraq korta Karlos Alkaras və Novak Cokoviç çıxıb.

24 qat "Böyüj Dəbilqə" çempionu Cokoviç gənc rəqibinə çox da müqavimət göstərə bilməyib.

Alkaras turnir boyunca olduğu kimi yenə rəqibinə set verməyib - 6:4, 7:6, 6:2.

Digər yarımfinal qarşılaşmasında isə Yannik Sinner və Feliks Oje-Alyassim üz-üzə gəlib. İlk iki setdən sonra tarazlıq pozulmayıb.

Sinner 3 və 4-cü setləri isə aktivinə yazdırmağı bacararaq finala yüksəlib - 6:1, 3:6, 6:3, 6:4.

Beləliklə, ardıcıl 3-cü "Böyük Dəbilqə" finalında da Sinner - Alkaras duelinin şahidi olacağıq. "Rolan Qarros"da Alkaras, "Uimbldon"da isə Sinner titulun sahibi olmuşdu.

Görüş sabah axşam baş tutacaq.