Gənclər və idman naziri Fərid Qayıbov iyun ayı ərzində beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb.
Offsideplus.az Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan İdman Akademiyasında baş tutan tədbirdə idmançılarla yanaşı, onların məşqçiləri də iştirak ediblər.
Tədbir zamanş nazir Fərid Qayıbov “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına və “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
Ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarxın nümayişindən sonra tədbir iştirakçıları çıxış ediblər.
Aerobika gimnastikası, akrobatika gimnastikası, kayak, kanoe, akademik avarçəkmə, boks, basketbol, cüdo, çimərlik güləşi, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, minifutbol, kikboksinq, karate, MMA, parapauerliftinq, parabadminton, kəmər güləşi, qırğız kuroşu, deflimpiya (karate WKF) idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.
Sonda nazir Fərid Qayıbov idmançıları təbrik edərək onlara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.



