Açıq dönəmdə ən çox "Böyük Dəbilqə" qazanan tennisçi olan Novak Cokoviç bəzi açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, serbiyalı tennisçi Rocer Federer və Rafael Nadal barədə bunları deyib:
"Federer və Nadal qədər sevilmədim, çünki orada olmamalı idim. Mən balaca oğlan idim, üçüncü oğlan gəlib dedi ki, mən 1 nömrəli olacam. Bu, bir çox insanın xoşuna gəlmədi".
O, hər iki tennisçiyə hörmət etdiyini də bildirib:
"Hər zaman həm Rafaya, həm də Federerə hörmət etmişəm. Onlar haqqında heç vaxt pis söz deməmişəm, deməyəcəm də. Onlara hörmət edirdim və indi də edirəm, lakin Nadalla həmişə daha yaxşı münasibətim olub".