"Roma Masters" tennis turnirində gözlənilən final baş tutacaq.
Offsideplus.az xəbər verir ki, həlledici matçda Karlos Alkaras və Yannik Sinner qarşılaşacaq.
Alkaras yarımfinalda italiyalı Lorentso Muzettini məğlub edib. O, rəqibinə set belə verməyib - 6:3, 7:6 (4).
Sinner isə Tommi Polla qarşılaşıb. İlk setdən Pol qalib ayrılıb. Növbəti iki setdə dünya 1 nömrəsi rəqibinə cəmi 3 xal verib - 1:6. 6:0, 6:3.
Final qarşılaşması sabah baş tutacaq.