Novak Cokoviç məşqçisi Endi Marrey ilə yollarını ayırdığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, serbiyalı tennisçi bu barədə sosial şəbəkə hesabından paylaşım edib. O, bunları qeyd edib:

"Son altı ay ərzində kortda və kortdan kənarda göstərdiyiniz bütün ağır iş, əyləncə və dəstəyə görə təşəkkür edirəm. Birlikdə dostluğumuzu dərinləşdirmək mənə çox xoş idi".

Marrey ötən ilin avqustunda peşəkar tennis karyerasını başa vurub. O, son 6 ayda Cokoviçin məşqçisi kimi çalışırdı.