Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun görüşlərinə start verilir.

Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq ilk matçda Azərbaycan yığması Portuqaliya seçməsi ilə qüvvəsini sınayın. Qarşılaşma saat 19:00-da başlayacaq. Oyundan əvvəl - saat 18:15-də isə çempionatın açılış mərasimi baş tutub.

İlk oyunda millimiz qələbə qazanmağı bacarıb - 3:1 (25-22, 23-25, 27-25, 25-20).

Növbəti rəqibimiz avqustun 25-də İspaniya olacaq.

Faiq Qarayevin rəhbərlik etdiyi milli komandamız C qrupunda Portuqaliya və İspaniya ilə yanaşı, Niderland, Belçika, Rumıniya  kollektivlərinə qarşı mübarizə aparacaq. Qrup mərhələsini ilk 4 pillədə başa vuran yığmalar pley-offa vəsiqə təmin edəcəklər.

Paytaxtımızdakı qarşılaşmalar avqustun 28-dək davam edəcək. Qeyd edək ki, sentyabrın 6-da yekunlaşacaq AVRO-2026-ya Azərbaycanla bərabər Türkiyə, İsveç və Çexiya birgə ev sahibliyi edir.