Finlandiya milli komandası hokkey üzrə dünya çempionatında beşinci qızıl medalını qazanaraq, bu göstəricidə Rusiya ilə (SSRİ-nin nəticələri nəzərə alınmadan) bərabərləşib.
Offsideplus.az xəbər verir ki, finlər Sürixdə keçirilən DÇ-2026-nın finalında İsveçrəyə qalib gəliblər (1:0, əlavə vaxtda).
Finlandiya millisi daha əvvəl 1995, 2011, 2019 və 2022-ci illərdə də dünya çempionu adını qazanıb.


