Beynəlxalq Şahmat Federasiyası (FİDE) kişi və qadın yığmaları üçün aprel ayı üzrə yenilənmiş dünya reytinqini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, reytinq cədvəli hər ölkənin ən güçlü 10 şahmatçısının orta ELO xalına əsasən hazırlanıb. Azərbaycanın kişi yığması 2622 xalla ötən ayla müqayisədə bir pillə geriləyərək 8-ci yerdə qərarlaşıb. Qadınlardan ibarət "milli" isə xal ehtiyatını artırsa da (2302), dünya 11-cisi mövqeyini qoruyub.

Ümumi reytinqdə (kişi və qadınların birgə göstəricisi) Azərbaycan 2462 xalla yenə 9-cu pillədədir.

Siyahıya kişilər arasında ABŞ (2726), qadınlarda isə Çin (2490) başçılıq edir. Çin həmçinin qarışıq reytinqdə də (2572) dünya lideridir.