Azərbaycan Kubokunun yarımfinal turu çərçivəsində “Qarabağ” öz meydanında “Sabah”ı qəbul edəcək.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Offsideplus.az saytının sorğusuna cavab olaraq bildirilib ki, komandada yeganə zədəli futbolçu Bəhlul Mustafazədədir.
“Sabah” klubundan verilən məlumata görə İqor Noqeyra cəza, Pavol Şafranko isə zədə səbəbindən matçı buraxacaq.
Qeyd edək ki, “Qarabağ” - “Sabah” oyunu aprelin 3-ü saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


