"Qarabag"ın polşalı qolkiperi Mateuş Koxalskinin mövsümün sonunda komandanı tərk edəcəyi gözlənilir.

Offsideplus.az xəbər verir ki, təcrübəli qapıçı karyerasını başqa klubda davam etdirmək niyyətindədir və gələn təklifləri ciddi şəkildə nəzərdən keçirir.

Ağdam təmsilçisi isə Koxalskinin gedişinə yalnız bir şərtlə razıdır: transfer istəyən klublar "Qarabag"ın tələb etdiyi təzminatı ödəməlidir. Əgər maliyyə şərtləri tərəfləri qane edərsə, klub polşalı oyunçunun keçidinə mane olmayacaq.

Qeyd edək ki, qış fasiləsində Polşanın "Vidzev" klubu Mateuşu transfer etməyə yaxın olsa da, qolkiper mövsümün sonuna qədər "Qarabag"da qalmağa üstünlük vermişdi. 2024-cü ilin avqustundan "atlılar"ın şərəfini qoruyan Koxalskinin hazırkı müqaviləsi gələn ilin iyununa qədərdir.

(sportal.az)