AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qrupları üzrə liqalarda çıxış edən üç komanda ilə bağlı ciddi qərarlar qəbul edilib.

Offsideplus.az xəbər verir ki, reqlament qaydalarını dəfələrlə pozan klublar turnirlərdən uzaqlaşdırılıb:

U-12 Liqası: "Ağdam"la matça təyin olunan vaxtda gəlməyən Bərdənin "Pambıqçı" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal mövsüm ərzində artıq 3-cü dəfə təkrarlandığı üçün komanda yarışdan kənarlaşdırılıb.

U-11 Liqası: Eyni aqibəti Zərdabın "Məhsul" və Bərdənin "Zəfər" klubları da yaşayıb. "Məhsul" "Füzuli" ilə, "Zəfər" isə "Aran"la (Beyləqan) oyuna çıxmadığı üçün turnirdəki iştiraklarına son qoyulub.

Qeyd edək ki, hər üç klub intizam qaydalarını sistemli şəkildə pozduqlarına görə bu ağır cəza ilə üzləşiblər.