FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinatını alıb.
Offsideplus.az AFFA-ya istinadən xəbər verir ki, o, 19 yaşadək qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunda fəaliyyət göstərəcək. Litvanın Kaunas şəhərində keçiriləcək B qrupunun oyunlarında F.Lütfəliyeva iki matçın (Kosovo – Moldova və Moldova – Litva) baş hakimi, bir görüşün isə ehtiyat hakimi olacaq.
Digər referimiz Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
F. Lütfəliyevanın oyun cədvəli belədir:
12 aprel: Kosovo – Moldova (baş hakim)
15 aprel: Kosovo – Litva (ehtiyat hakim)
18 aprel: Moldova – Litva (baş hakim)


