Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, hər iki matç Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

"Milli Aviasiya Akademiyası" "Abşeron"a, "Gəncə" isə UNEC komandasına 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu mərhələnin digər qarşılaşmalarında "DH Volley" "Azərreyl", Turan" isə "Murov Az Terminal" üzərində qalibiyyət əldə edib.

1/4 final mərhələsinin cavab oyunları 2-3 aprel tarixlərində baş tutacaq.