Azərbaycanın FIFA referisi Hikmət Qafarlıya növbəti təyinat verilib.

Offsideplus.az xəbər verir ki, o, Avropa çempionatının final mərhələsinin B qrupunda keçiriləcək Ukrayna – Litva qarşılaşmasının birinci hakimi olacaq.

Bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Görüş yanvarın 25-də, saat 19:00-da Kaunasdakı 17 500 azarkeş tutumu olan "Jalgiris Arena"da baş tutacaq.

Qeyd edək ki, H. Qafarlı yanvarın 22-də keçirilmiş Ermənistan – Ukrayna oyununda timekeeper funksiyasını yerinə yetirmişdi.