Misli Premyer Liqası qış fasiləsində qayıdıb.

Offsideplus.az xəbər verir ki, bu gün "Şamaxı" "Qəbələ"ni qəbul edəcək.

Görüş qonaqlar üçün daha vacibdir.

"Şamaxı" 20 xalla 8-ci yerdədir. "Qırmızı-qaralar" isə son pillələrdən qurtulmaq istəyir. Onlar 8 xalla 11-ci yerin sahibidir.

Tərəflər arasındakı ilk görüşdə Ayxan Abbasovun komandası minimal hesablı qələbə qazanmışdı - 1:0.

Misli Premyer Liqası, XVII tur

24 yanvar (şənbə)

14:00 “Şamaxı” – “Qəbələ”

Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov

VAR: Kamranbəy Rəhimov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Seymur Səlimli

Şamaxı şəhər stadionu