Azərbaycan Basketbol Liqasının (ABL) XIV turunda bu gün bir qarşılaşma baş tutacaq.
Offsideplus.az xəbər verir ki, "Sabah" Gəncə səfərinə yollanıb.
Gəncə İdman Sarayında baş tutacaq görüş saat 14:00-da başlayacaq.
A qrupunda mübarizə aparan komandalardan "Sabah" 23 xalla 2-ci, 17 xala malik "Gəncə" isə dördüncüdür.


