I Liqanın lideri olan "Şəfa" heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, Kosovo klubu "Drenitsa"dan ayrılan Elmir Tağıyev Bakı təmsilçisinə qoşulub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla 5 ay + 1 illik müqavilə imzalanıb.

E. Tağıyev Kosovada 5 oyunda meydanda olub.