"Səbail" klubu bu yayki ilk əcnəbi transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, "dənizçilər" Afonso Almeyda Duarteni heyətinə cəlb edib. Onunla 1+1 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edir. Onun son klubu Braziliyanın "Patriatos" kollektivi olub.