"Səbail" klubu heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, "dənizçilər" son olaraq Sadiq Quliyevi heyətinə cəlb edib. Onunla 1+1 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
S. Quliyev ötən mövsümü "Turan Tovuz"da keçirib.
30 yaşlı müdafiəçi ilə birlikdə "Səbail" bu yay 7-ci transferini etmiş olub. Onlar daha öncə Nicat Süleymanov, Rəhman Hacıyev, Emil Qasımov, Səbayıl Bağırov, Bahadır Həziyev və Vüsal Şabanovu heyətinə qatıb.



