Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" çətin günlərdən keçir.

Offsideplus.az xəbər verir ki, Ingiltərə klubunun transferlərə görə 22 milyon funt-sterlinq borcu var. Onlar bu borcların ertələnməyi üçün digər klublarla danışıqlar aparır.

Qeyd edək ki, bu borclara görə "Hall Siti"yə 3 dönəm transfer qadağası gəlib.

Türkiyəli biznesmen Çempionşip klubunu satmağı planlaşdırır. O, artıq bu barədə danışıqlara başlayıb.

A. Ilıcalı 2022-ci ildən klubun sahibidir. Onun dönəmində hədəf Premyer Liqaya yüksəlmək olsa da, komanda bunu bacarmayıb.

56 yaşlı funksioner ötən mövsüm "Fənərbağça"da vitse-prezident vəzifəsində çalışdığı üçün "Hall Siti"ni arxa planda saxlayıb. Bu da yerli azarkeşlərin xoşuna gəlməyib. Onlar Ilıcalının klubu satmağını istəyir.