Azərbaycanlı FIFA referisi Elçin Məsiyev növbəti dəfə təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, Slovakiyada təşkil olunan 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının yarımfinal mərhələsinin İngiltərə – Niderland oyununun ehtiyat hakimi olacaq.

Qarşılaşmanı yunanıstanlı Vassilis Fotias idarə edəcək.

Matç iyunun 25-də Bratislava şəhərində yerləşən Milli Futbol Stadionunda keçiriləcək.

Qeyd edək ki, Elçin Məsiyev qrup mərhələsinin Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) oyunlarının baş hakimi, 1/4 finalın Almaniya - İtaliya (3:2) matçının isə ehtiyat hakimi olub.