Braziliya yığmasının və Madrid "Real"ının hücumçusu Vinisius Junior daha bir futbol klubu alıb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu bu dəfə vətənində çıxış edən komandaya müraciət edib.

Söhbət Braziliyanın 2-ci divizionunda yarışan "Athletic Club"dan gedir. 

Adıçəkilən klub 7 turdan sonra 6 xalla 15-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, bu, Vinisiusun sahibi olduğu ikinci komandadır. O, bu ilin fevralında 10 milyon avro müqabilində Portuqaliyanın ikinci divizionunda yarışan "Alverka"nın səhmlərini almışdı.