Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatında son 3 ilin ən yaxşı nəticəsi qeydə alınıb. 

Offsideplus.az xəbər verir ki, mundialda 8 güləşçimiz fəxri kürsüyə qalxıb. Güləşçilərimiz 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.

Medalçılarımız aşağıdakılardır:

Qızıl: Ayxan Cavadov (60 kq)

Gümüş: Turan Daşdəmirov (55 kq), Ruzanna Məmmədova (62 kq) 

Bürünc: Vasif Bağırov (57 kq), Günay Qurbanova (59 kq), Fəraim Mustafayev (67 kq), Nurlan Ağazadə (70 kq), Yusif Dursunov (125 kq).