Avqustun 27-dən 29-dək Bakıdakı “Sea Breeze” istirahət mərkəzində çimərlik güləşi üzrə iki beynəlxalq yarış keçiriləcək.

Offsideplus.az xəbər verir ki, 34 ölkədən 200-dən çox idmançının qatılacağı turnirlərdə Azərbaycan millisi baş məşqçi Oyan Nəzəriani və məşqçi İbrahim Yusubovun rəhbərliyi altında 37 güləşçi ilə təmsil olunacaq.

Avqustun 27-də təşkil olunacaq U-17 dünya çempionatında 22 idmançımız (12 oğlan, 10 qız) qum üzərinə çıxacaq.

Avqustun 28-29-da keçiriləcək Dünya Seriyasının IV mərhələsində isə 15 təmsilçimiz (11 kişi, 4 qadın) mübarizə aparacaq.

Yarışlarda gündüz seansı hər gün saat 10:00-da, axşam seansı isə 16:00-da başlayacaq.