Azərbaycan Güləş Federasiyasının məşhur "Wrestleaze" layihəsinin rəsmi "TikTok" səhifəsi böyük bir uğura imza atıb.

Offsideplus.az xəbər verir ki, səhifənin auditoriyası qısa müddətdə genişlənərək 100 minlik izləyici barajını ötüb.

Bu əlamətdar hadisə ilə bağlı layihə rəhbərliyi izləyicilərinə təşəkkür mesajı yayımlayıb:
"TikTok səhifəmizin izləyici sayı 100 mini keçdi!  Bizi izlədiyiniz üçün hər birinizə təşəkkür edirik!"