Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 5 çəki dərəcəsində finalçılar müəyyənləşib.

Final cütləri aşağıdakılardır:

60 kq

  • Ziyad Zeynalov (Neftçi) – Ayxan Cavadov (Abşeron, DİN)

67 kq

  • Məhəmməd Şükürzadə (MOİK, Lənkəran) – Fərid Xəlilov (Sumqayıt, “Neftçi”)

77 kq

  • Sənan Süleymanov (Neftçi) – Rəvan Nuriyev (Sumqayıt-Təhsil, “Neftçi”)

87 kq

  • İslam Abbasov (Neftçi) – Laçın Vəliyev (Neftçi)

130 kq

  • Beka Kandelaki (Neftçi) – Sərxan Məmmədov (Neftçi)


Qeyd edək ki, sabah bu çəki dərəcələrində qaliblərin adına aydınlıq gələcək. Eyni zamanda sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq çəkilərdə yarışlara start veriləcək.