"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında bu gün 2-ci oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, gənclər Bakıda "Kopenhagen"li yaşıdları ilə üz-üzə gələcək.

"Azərsun Arena"da keçiriləcək matç saat 14:00-da başlayacaq.

Rəşad Sadiqovun çalışdırdığı komanda ilk matçda, səfərdə "Benfika" 1:7 hesabı ilə məğlub olub.

"Kopenhagen" də ilk görüşdən məğlubiyyətlə ayrılıb. Onlar "Bayer"ə 0:2 uduzub.