Belarus milli komandasının baş məşqçisi Karlos Alos vəzifəsindən göndərilib.

Offsideplus.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyası məlumat yayıb.

İspaniyalı mütəxəssislə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verildiyi bildirilir.

Qeyd edək ki, 2023-cü ilin yayından Karlos Alos bu postda çalışırdı.