Şotlandiyanın “Seltik” klubunun yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, komandanı bu posta Vilfrid Nensi çalışdıracaq.

Bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Fransalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Nensi son olaraq “Monreal İmpakt” (ABŞ) klubunu çalışdırıb.

Qeyd edək ki, "Seltik" hazırda Şotlandiya Premyer Liqasında 32 xalla ikinci pillədə qərarlaşıb.