Türkiyəli şərhçi Ertem Şenerə müsahibə verən Vensan Abubakarın Sergen Yalçın haqqında fikirləri böyük rezonans doğurub.

Offsideplus.az xəbər verir ki, kamerunlu hücumçu "Beşiktaş"ın 2020/21 mövsümündə qazanılan çempionluğunda əsas əməyin sabiq baş məşqçisində yox, futbolçularda olduğunu düşünür:

"Biz Sergen Yalçınla çempion olanda o böyük uğura imza atan və çempion olan biz oyunçular idik. Həmin kuboku meydanda əzmlə mübarizə aparan futbolçular qazandı. S. Yalçın yenidən "Beşiktaş"a qayıdıb. Üstəlik, indiki heyətdə o vaxtkından daha böyük adlar var. Ona görə də indi də o uğuru təkrarlasın görək, bacarırmı".