“Rafinyanın “Qızıl top”u necə qazanmadığı barədə heç bir fikrim yoxdur”.

Offsideplus.az xəbər verir ki, bunu "Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Barselona"nın futbolçusu Rafinya barədə deyib.

Argentinalı mütəxəssis braziliyalı futbolçunu tərifləməyə davam edib:

"O, inanılmaz oyunçudur. O, hər yerdə oynaya bilər: cinah hücumçusu, yarımmüdafiəçi, hücumçu və hətta cinah müdafiəçisi kimi.

O, qol vura bilər, yarada bilir, pressinq edir və qaçır. Mən Rafinyanı sevirəm".