"Qalatasaray" qış "transfer pəncərəsində" daha bir ulduzu İstanbula gətirmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" Ademola Lukman üçün ilk addımları atıb. 

Nigeriyalı futbolçuya "Atalanta"da aldığından xeyli yüksək maaş təklif edilib.

Bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Hələlik klublar arasında heç bir təmas yoxdur. "Qalatasaray" rəhbərliyi Lukmanın təmsilçiləri ilə görüşüb.

28 yaşlı futbolçunun "Atalanta" ilə 2027-ci ilinə yayına qədər müqaviləsi var. O, bu yay "İnter"ə keçməyə yaxın olsa da, sonda klublar razılaşa bilməmişdi.