Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən bildirilib.
O, UEFA Konfrans Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində noyabrın 27-də keçiriləcək “Universitatya Krayova” (Rumıniya) – “Maynz” (Almaniya) görüşünün hakim-inspektoru olacaq. Qarşılaşma Krayova şəhərində Yon Oblemenko adına stadionda baş tutacaq.



