Lionel Messi “Barselona”ya qayıdış mesajı verdi.
Offsideplus.az xəbər verir ki, Argentina millisinin və “İnter Mayami” klubunun ulduzu gələcək planları ilə bağlı diqqətçəkən açıqlamalar verib. Ulduz futbolçu “Barselona”ya qayıdış arzusunu bir daha dilə gətirib.
Messi bildirib ki, hazırda bir neçə il də Mayamidə qalmağı planlaşdırır:
“Hələlik yəqin ki, burada – Mayamidə bir neçə il də qalacağam. Amma biz Barselonaya qayıdacağıq. Həmişə dediyim kimi, orası mənim yerim və evimdir. Çox darıxırıq, ona görə də geri dönəcəyik.”
Daha sonra ulduz futbolçu “Sport” nəşrinə müsahibəsində “Barselona” ilə bağlı xəyalını bölüşüb:
“Karyeramı tamamilə Barselonada bitirmək, başqa kluba getməmək istəyirdim. Təəssüf ki, hər şey başqa cür alındı. Barselona mənim klubum, ailəm, evim olaraq qalır.”



