“Dünya Fələstini tək qoydu”
Offsideplus.az xəbər verir ki, o, Fələstindəki vəziyyətlə bağlı sərt açıqlama verib:
“Dünya Fələstini tək qoydu. Biz heç nə etmədik. Onlar orada doğulduqları üçün günahkar deyillər. Hamımız İsrailin bütöv bir xalqı məhv etməsinə imkan verdik."
Pep, həmçinin, Qəzzadakı faciəni bu cür izah edib:
"Qəzzadakı qırğınları müdafiə edə biləcək bir insanı təsəvvür belə etmirəm. Bizim uşaqlar da orada ola bilərdi və yalnız orada doğulduqları üçün öldürülə bilərdilər. Liderlərə inamım çox azdır. Onlar hakimiyyətdə qalmaq üçün nə lazımdırsa edirlər.”
Quardiola həm humanitar, həm də siyasi məsuliyyətlə bağlı dünyaya kəskin mesaj göndərib.



