"Barselona"nın keçmiş futbolçusu, hazırda "İnter Mayami"də çıxış edən Lionel Messi "Kamp Nou" stadionunu ziyarət edib. 

Offsideplus.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

O, Kataloniya təmsilçisinin təmirdən yeni çıxmış stadionunda çəkilən şəkillərə bu şərhi yazıb:

"Dünən gecə bütün qəlbimlə darıxdığım bir yerə döndüm. Burada çox xoşbəxt olmuşam. Ümid edirəm ki, bir gün yenidən qayıda biləcəyəm. Buraya həm də futbolçu kimi vidalaşmaq üçün geri dönmək istəyirəm. Çünki bunu heç vaxt etməmişəm”.

Qeyd edək ki, Messi 2003-cü ildən 2021-ci ilə kimi "Barselona"nın formasını geyinib.