Real Madrid və “Liverpool” arasında gözlənilməz mübadilə planı baş tuta bilər.
Offsideplus.az xəbər verir ki, İspaniya nəhəngi "Real Madrid" “Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberxi transfer etmək istəyir. Klub bu keçid üçün maraqlı təklif irəli sürüb — madridlilər müqaviləyə öz ulduz futbolçuları Eduardo Kamavinqanın da daxil olduğu mübadilə variantını təklif ediblər.
Məlumata görə, madridlilər Qravenberxin oyun üslubunu bəyənsə də, bu keçidin baş tutması üçün “Liverpool”un Kamavinqanı Premyer Liqa çempionu kimi heyətinə qatmağa razı olması tələb olunur.
Hər iki futbolçu gənc yaşlarına baxmayaraq Avropa futbolunun ən perspektivli yarımmüdafiəçiləri sayılır.



