Alman mütəxəssis Yürgen Klopp “Mançester Yunayted” klubuna keçməklə bağlı danışdı.
Offsideplus.az xəbər verir ki, o, illər əvvəl "Qırmızı şeytanlar"ın onu baş məşqçi kimi komandaya gətirmək istədiyini, lakin təklifi rədd etdiyini açıqlayıb:
“Mançester Yunayted"in təklifini qəbul etmədim, çünki mənə deyilən bəzi şeylər xoşuma gəlmədi. Mənə dedilər ki, istədiyim bütün oyunçuları ala bilərlər. Daxilimdə düşündüm ki, bu mənlik bir layihə deyil.
Məsələn, mən nə Pol Poqbanı, nə də Kriştiano Ronaldonu geri qaytarmaq istəyərdim — çünki işlər belə getmir. Onların düşüncəsi sadəcə ən yaxşı oyunçuları kluba gətirmək idi, amma futbolun özü haqqında danışılmırdı.”
Klopp əlavə edib ki, “Liverpul”dan aldığı təklif tam fərqli idi:
“Liverpul" mənim üçün saf bir futbol layihəsi idi. Gəldiyimdə heç kim komandadan razı deyildi — hətta futbolçuların özü də. Amma mən komandanı sevirdim: Firminyo, Benteke, Origi, Henderson... hamısı haqqında ‘kifayət qədər yaxşı deyillər’ deyilirdi, lakin mən onların içində potensial görürdüm.
Mən parlaq bir komanda tapmayacağımı bilirdim, amma bu, problem deyildi. Birlikdə yenidən inşa edə bilərdik.”



