"Liverpul" və "Borussiya" klublarının sabiq baş məşqçisi Yürgen Klopp futbol inkişafı barədə danışıb.

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis futbolun hər yerdə başqa cür olduğunu bildirib:

"Futbol hər yerdə eyni deyil. Avropada, xüsusən də Premier Liqada pul hökmranlıq edir. Yaponiyada tamamilə fərqlidir. Orada karyera 23 yaşdan başlayır, çünki təhsil daha vacibdir. ABŞ-da futbol hələ də öz yerini axtarır. Braziliyada oyunçular illərdir xaricə gedirdilər, amma indi geri qayıdırlar. Deməli, futbol hər yerdə fərqli inkişaf edir, belə də olmalıdır".