"Çelsi"nin baş məşqçisi Entso Mareska zədəli oyunçu Koul Palmer barədə söz açıb.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis 23 yaşlı futbolçusunun zədəsinin düşündüyündən daha ciddi olduğunu bildirib.

O, daha 6 həftə komandasına kömək edə bilməyəcək.

Buna görə də Palmer Bakıya gələ bilməyəcək.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də baş tutacaq.