DÇ-2026-da iştirak etmək üçün seçmə mərhələ oyunları davam edir.
Offsideplus.az xənər verir ki, Avropa zonası üzrə bu gün 8 qarşılaşma baş tutub.
Niderland Finlandiyanı qəbul edib. "Narıncılar" rəqibini böyük hesabla məğlub edib - 4:0.
Görüşdə 1 qol və 2 məhsuldar ötürmə ilə oynayan Memfis Depay Niderland yığmasının tarixində həm ən çox qol vuran, həm də ən çox assist edən futbolçu olub.
Onlar növbəti turda Polşanı məğlub edərsə, Dünya çempionatına vəsiqəni təmin edəcəklər.
Günün digər nəticələri isə belədir:
San Marino – Kipr 0:4
Niderland – Finlandiya 4:0.
Farer adaları – Çexiya 2:1
Şotlandiya – Belarus 2:1
Danimarka – Yunanıstan 3:1
Xorvatiya – Cəbəllütariq 3:0.
Litva – Polşa 0:2
Rumıniya – Avstriya 1:0.



