Gürcüstanlı mütəxəssis Giorgi Minaşvili "Sabah" Futbol Akademiyasında çalışacaq.

Offsideplus.az xəbər verir ki, o, akademiyanın koordinatoru təyin edilib.

UEFA-nın Pro lisenziyasına malik G. Minaşvili karyerası ərzində Gürcüstanın “Lokomotiv” (2015-2017, 2022-2025) klubunun əsas komandasında məşqçi, akademiyasında baş məşqçi və koordinator, “Dinamo” (Tbilisi, 2012-2015) klubunun akademiyasının komandalarında baş məşqçi, Çinin “Dalian I-Star” (2017-2021) akademiyasında koordinator, İngiltərənin “London Tigers” (2010-2012) klubunun əsas komandasında baş məşqçi, “Kristal Pelas” (2007-2010) klubunun U-15 və U-18 komandalarında məşqçi kimi çalışıb. 

Onunla 1+2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, əvvəllər bu vəzifəni Adino Mustedanaqiç icra edirdi. O, hazırda "Sabah"ın əvəzedici və U-19 komandasının baş məşqçisidir.