"Şamaxı" Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, bölgə klubu Misli Premyer Liqasının VI turundakı "Araz-Naxçıvan"la oyunda bunu bacarıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Onlar daha əvvəl Yüksək Dəstədə "Xəzər Universiteti", "İnter" və "Keşlə" adları ilə də çıxış ediblər.
"Şamaxı" 350 oyunda 173 qələbə qazanıb, 89 heç-heçə edib, 88 dəfə isə məğlub olub.
Qeyd edək ki, yalnız iki komanda – “Qarabağ”la “Neftçi” daha çox ev oyunu keçirib.



